Ukrayna prezidenti Vladimir Zelenskinin Avstriyaya səfəri bu ölkə üçün alçaldılma və onun neytrallığının gözdən salınması idi.
Bunu RİA Novosti-yə avstriyalı siyasətçi, Krımın Avstriyadakı Dostları Klubunun sədri Patrik Poppel deyib.
Onun sözlərinə görə, Zelenskinin səfəri və yüksək dövlət səviyyəsində qəbulu Avstriyanı həqiqətən alçaldıb və onun neytral statusunu gözdən salıb.
Siyasətçi bu cür səfərlərlə “düşmən qüvvələrin” Avstriyanın neytral statusunu “sıfırlamaq” və Moskva ilə qarşıdurma ilə onu geosiyasi avantüraya çəkmək istədiyi qənaətindədir.