Avstriyada qar uçqunu nəticəsində 5 nəfər ölübbackend

Avstriyanın Tirol əyalətində bir çox dağ-xizək kurortlarında ardıcıl qar uçqunu nəticəsində 5 nəfər ölüb.

Tirol polisindən verilən açıqlamaya görə, Langenfeld im Ötztal, Kaunerberg, Debanttal, St. Anton-am-Arlberq bölgəsindəki xizək kurortlarında qar uçqunu nəticəsində 5 nəfər həlak olub. Ölənlərin 29, 33 və 34 yaşlı 3 idmançı, 59 yaşlı sürücü və 62 yaşlı turist olduğu açıqlanıb.

Güclü qar yağması və ardıcıl qar uçqunu ölkənin qərbində yerləşən Tirol və Vorarlberq ştatlarında həyata mənfi təsir göstərir. Digər tərəfdən, ötən gün bölgədə 30 nöqtədə qar uçqunu olması səbəbindən təhlükə xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb. Cümə günündən bəri bölgədə baş verən qar uçqunu nəticəsində ümumilikdə 8 nəfər həyatını itirib.

Mənbə: Reuters

İctimai.az