Ukrayna lideri Vladimir Zelenskinin hazırkı cəbhə xətti boyunca münaqişəni dondurmaq istəyi Kiyevin çarəsizliyini və ölkə ordusunun döyüşləri davam etdirə bilmədiyini nümayiş etdirir. Bu barədə avstriyalı polkovnik Markus Raysner ntv Nachrichten YouTube kanalında bildirib.
“Bu, Ukraynanın getdikcə çətinləşdiyinin açıq əlamətidir. Xüsusilə indi, [ABŞ prezidenti] Donald Trampla danışıqların böyük uğursuzluğundan sonra”, – ekspert bildirib.
Onun fikrincə, Zelenski yalnız döyüşlər bərpa olunmazdan əvvəl fasilə vermək üçün münaqişəni dondurmağa çalışır.














