Avstriyalıların 84%-i Vyananın neytrallığının rədd edilməsinə qarşı çıxıbbackend

Avstriya vətəndaşlarının böyük əksəriyyəti ölkənin neytrallığının tərəfdarıdır.

“Express” xəbər verir ki, bunu INSA tədqiqat institutunun sorğusunun nəticələri göstərir.

“Nəticə tamamilə aydındır: avstriyalıların 84%-i Avstriyanın neytral qalmasını istəyir və yalnız 7%-i buna qarşıdır”, mətndə deyilir. 2022-ci ilin mayında oxşar sorğuda avstriyalıların 71%-i neytrallığın qorunmasının tərəfdarı idi.

Martın 5-də Vyananın mərkəzində mitinq keçirilib, onun iştirakçıları Ukrayna münaqişəsində Avstriyanın neytral mövqe tutmasını tələb edir və Kiyevə silah verilməsinə etiraz edirlər.

Mənbə: RİA Novosti

İctimai.az