Avstriyanın Rusiya qazı ilə bağlı müqaviləni ləğv etməsi cavabsız qalmayacaqbackend

Avstriyanın Rusiya qazının tədarükü ilə bağlı müqaviləsini ləğv etmək qərarı Rusiya Federasiyası tərəfindən cavabsız qalmayacaq.

Bunu Rusiyanın Vyanadakı səfiri Dmitri Lyubinski “İzvestiya”ya şərhində deyib.

Diplomat vurğuladı ki, Avstriya tərəfinin “Qazprom”u guya razılaşmaları yerinə yetirməməkdə ittiham etməsi və Vyananın Rusiya qazının tədarükü ilə bağlı müqaviləyə xitam verməsi faktiki olaraq Rusiya-Avstriya münasibətlərinin “möhkəm dayaq sütunlarından” birini məhv edib.

“Bu gün vəziyyəti gərginləşdirən Avstriya tərəfi oldu. “Zalım qaz kabalası ilə bağlı sonsuz ağılar Vyanadakı tanınmış siyasi funksionerlərdən gəlib” dedi Lubinski.