Avtomobili ayağı ilə idarə edən sürücü həbs edildibackend

Avtomobildə təhlükəli hərəkətlər edən sürücü 15 sutka həbs edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat verib.

Xatırladaq ki, sözügedən şəxs bu zaman özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, 77-FX-867 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sükan çənbərini ayağı ilə idarə edib.