AvtoVAZ 2024-cü ildə Lada-nın qiymətlərini artırmağı planlaşdırmır.
Bu barədə Gazeta.Ru-ya şirkətin rəsmi nümayəndəsi Sergey İlinski məlumat verib.
AvtoVAZ təsdiq edir ki, ilin sonuna qədər qiymət dəyişikliyi olmayacaq. Bir daha vurğulayıram ki, biz ötən ilin noyabr ayından bir sıra əsas modellərin qiymətlərini saxlayırıq”, – o, “AvtoVAZ” prezidenti Maksim Sokolovun sözlərini sitat gətirib.
AvtoVAZ nümayəndəsinin sözlərinə görə, Lada modelləri arasında ən çox Lada Vesta-nın bahalaşacağı ilə bağlı məlumatlar da həqiqətə uyğun deyil.
“Həm 2024-cü ilin dekabrında, həm də 2025-ci ilin yanvarında bu model üçün heç bir qiymət indeksasiyası planlaşdırılmır”, – İlyinski əmin etdi.