AvtoVAZ yenilənmiş Lada Vesta-nı nümayiş etdirdi

AvtoVAZ yenilənmiş Lada Vesta modelinin fotosunu dərc edib.

Şirkətdən verilən məlumata görə, avtomobil istehsalına martın 3-də Togliattidəki zavodda başlanılıb. Avtomobil istehsalçısı vurğuladı ki, Vesta 4500 punktla (719 saylı fərmana əsasən) lokallaşdırılıb və bu göstəriciyə görə Rusiyada yığılması ötən il təşkil edilmiş əksər yeni minik avtomobillərini qabaqlayır.

“2022-ci il ərzində zəruri komponentlərin lokallaşdırılmasına da xüsusi diqqət yetirilib. Ümumilikdə, hazırda Rusiyada 200-dən çox hissə və komplekt istehsal olunur, AVTOVAZ-a çatdırılma da dost ölkələrdən olan yeni tərəfdaşlar tərəfindən həyata keçirilir”,  deyə şirkətdən bildirilib.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər