Ayı nəhəng quşun yuvasına dırmaşaraq yuxuya getdibackend

ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin (FWS) bioloqları Alyaskada nəhəng keçəl qartal yuvasında yatarkən qara baribal ayının şəklini çəkiblər.

Bu barədə “Live Science” məlumat yayıb.

May ayında helikopterlə aparılan araşdırma zamanı tədqiqatçılar yumurtanı inkubasiya edən dişi keçəl qartalı (Haliaeetus leucocephalus) gördülər. Nədənsə o, sonradan yuvanı tərk etdi və iyulun 21-də orada yatan baribal (Ursus americanus) tapıldı. Quşun tutduğu balığın qoxusu onu cəlb edə bilərdi.

Keçəl qartallar Alyaskanın ən böyük yırtıcı quşlarıdır, qanadları 2,3 metrə çatır. Onların bəzi yuvalarının çəkisi iki tondan artıqdır. Baribalların bəzən quş yuvalarına dırmaşaraq gənc fərdləri ovladığı məlumdur.

Mənbə: Gazeta.ru