Ayı səkkiz yaşlı uşağı dişlədi, uşaq sağ qalmadıbackend

Hindistanda ayı ilə qarşılaşan uşaq sağ çıxa bilməyib. Bu barədə “New Indian Express” məlumat yayıb.

Hadisə Anamalai Təbiət Qoruğunda baş verib. Nəşrin məlumatına görə, günorta saatlarında işləyən qohumlar səkkiz yaşlı uşağı süd üçün 200 metr aralıdakı ərzaq mağazasına göndəriblər.

45 dəqiqədən sonra uşaq geri qayıtmadığından yaxınları həyəcan təbili çalıb. Axtarış zamanı oğlan tapılsa da, onu xilas edə bilməyiblər. Əvvəlcə onun bəbir tərəfindən hücuma məruz qaldığı güman edilirdi, lakin ekspertlər qurbanın dərisindəki cızıqları araşdırıb və onların tənbəl ayı tərəfindən vurulduğu qənaətinə gəliblər.

Məlumdur ki, bu, son iki ayda ikinci belə hadisədir. Yerli hakimiyyət orqanları sakinlərlə görüş təşkil edib. İclasda gələcəkdə belə halların qarşısının alınmasına kömək edəcək tədbirlər müzakirə olunub.