Respublikaçılar Partiyasından Ayova ştatında keçirilən ilkin seçkilərdə ilkin səsvermənin nəticələrinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bütün digər namizədlər arasında öndədir. Bu barədə NBC News telekanalı Respublikaçılar Partiyasının Ayova ştatının mətbuat xidmətinin dərc etdiyi səsvermənin ilkin nəticələrinə istinadən yazır.
Sənədə əsasən, seçicilərin 70%-dən çoxu onun lehinə səs verib ki, bu da digər namizədləri xeyli qabaqlayır.
İkinci yerdə Respublikaçıların 15%-dən çoxunun dəstəklədiyi Florida qubernatoru Ron DeSantisdir. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb.
Mənbə: TASS

