Son günlərində Azərbaycan səhiyyəsinin hazırkı durumu ölkənin əsas gündəm mövzularından biri olub. Strateji.az saytı olaraq biz də mütəxəssisin fikirləini öyrəndik. Dermatoloq, kosmetoloq,trixoloq Aytən Hüseynova Strateji.az saytına müsahibəsini sizlərə təqdim edirik:
-İlk öncə istərdim ki, özünüz haqqında məlumat verərdiniz.
-Mən Hüseynova Aytən dermatoloq, kosmetoloq,trixoloqam. İlk təhsilimi Bakı Tibb Kolecində almışam. Daha sonra Ankarada Universiteti bitirdim.
-Bilirsiz son günlərdə məlum siyahılar çıxdı. Bəzi şəxslərin savadı olmadığı halda estetik cərahiyyə əməliyyatları keçirir. Siz mütəxəssis kimi vətəndaşları belə işbazlardan qoruna bilməsi üçün hansı tövsiyyələri verərdiz ?
-Vətəndaşlara ilk məsləhətim odur ki, məm bunu pasiyentlərimə də deyirəm ki, ilk olaraq o həkimi ciddi araşdırmaq lazımdır.Onu diplomundan tutmuş pasportuna qədər araşdırmaq lazımdır. Həkimin təqdim etdiyi preparatın tarixinə qədər baxılsın, pasportuna qədər araşdırılsın. İndi lisenziyasız botokslar, fərqli-fərqli preparatlardan istifadə edilir. Düzgün texnika olmayan prosedurlar tədbiq edildiyi zaman vətəndaş nələrlə qarşılaşır bir bilsəz.Yanvar ayı daxil olandan neçə nəfər pasiyent ağlayaraq bizə müracət edib. Digər həkimlərin yalnış texnikadan istifadə etməsinə görə deyirlər ki, mən də düzgün olmayan proseslər baş verdi. Alergiyalar baş verdi. Ona görə də bədənin həm daxili həm də xarici müalicəsi zamanı diqqət etməliyik. Həkim mütəxəssisi seçdiyimiz zaman tam araşdırmalıyıq. Həkimlə söhbət edən zaman artıq vətəndaş anlamalıdır ki, bu həkim necə bir həkimdir.Təkcə reklama aldanmalı deyil.
-Ela hallarda baş verir ki, ümumiyyətlə həkimdir ancaq estetik sahənin həkimi deyil.Belə hallardan vətəndaşlar necə qoruna bilər. Ümumiyyətlə həkimə müraciət edən vətəndaş ondan diplomunu tələb edə bilərmi ? Bu etikdirmi ? Sizdən belə tələb olsa reaksiyanız nədir?
-Mən də belə hal olsa hər şeyi açıq aşkar göstərərəm. Sertifikatımın təstiqlənməsinə qədər. Mənə hər zaman sual verirlər ki, siz Azərbaycan oxumusuz? Deyirəm Universiteti Azərbaycanda bitirməmişəm. Azərbaycanda sadəcə Tibb Kolecini bitirmişəm. Universiteti Ankarada bitirmişəm.
-Müasir dövr istənilən sahədə öz üzərində işləməyi tələb edən bir dövrdür. Sizin hər hansısa ixtisas artırmaq kimi bir ideyanız varmı ?
-Mənim əsas fikrim gələn ildən Azərbaycan bir Universitetə cərrahiyə fakültəsinə daxil olmaqdır. Mənim gələcək üçün görəcək işlərim çoxdur. Mən bəziləri kimi bir-iki ay kurs keçib cərrah olmaq haqqında fikirləşmirəm. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmən tanığı Cərrahiyə fakültəsini bitirib cərrah olmaq istəyirəm.Onun necə ildir ki təhsilini alıb cərrah olmaq istəyirəm. Nə qədər yaşım azdırsa oxumaq istəyirəm. Çünki mənim babam, babamın qardaşı cərrah fizyoteropist olublar.Nə qədər insanın təhsili çox olsa, bu bir o qədər yaxşıdır. Mən bunu böyüklərimdən öyrənmişəm. Bir var rüşvət, bir var diplomunu ortaya qoyursan.
-Pasiyentlər ən çox sizə nəyə görə müraciət edirlər?
-Ən çoxa saça görə müraciət edirlər.
-Saçla bağlı hansı problemlər olur ?
– Günümüzün ən aktual mövzularından biridir saçdakı dəri xəstəlikləridir. Saçdakı olan dəri xəstəliklərinin əsas səbəblərindən biri suyumuzun təmiz olmamasından irəli gəlir. Sulfaktlı və parabelli kimyavi tərkibli şampunlardan istifadə saçdakı dəri xəstəliklərinə səbəb olur .Ən çox rastlaşdığımız isə rayon bölgələrimizdən gələn pasyentlərimizdə olan saçda olan kəpək problemləridir. Kəpəkdir, pisaryazın növləridir, quru mənşəli eqzemadır və ən çox isə dəri xəstəlikləridir. Dəri xəstəliklərinin yaranmasında səbəb isə evdar xanımların qulluq vasitələrindən düzgün istifadə etməməsidir. Bir neçə aydan sonra isə xanımlarda prozesiya və quru mənşəli eqzosiya xəstəliyi yaranır. Gigyenik baxım birinci önəmlidir. Pasyentlər kosmetoloji prosedura gəlsələr belə onların evdə istifadə etdiyi qulluq vasitələri tam təbii orqanik olmalıdır.
-Sözünüzdən belə çıxır ki, xanımlar gözəllik salonlarından əvvəl tibbi mütəxəssisə müraciət etməlidir.
-Bəli. Ümumiyyətlə gələ bilməyən xanımlar da evdə qulluq vasitələrini düzgün seçməlidirlər. Mən pasiyentlərimə “Tanura” şirkətinin məhsullarını tövsiyyə görürəm.
-Aytən xanım pasientlərə üzlərində yaranan problemlərə uyğun Evdə hansı qulluq vasitlərini tövsiyyə görürsünüz?
“Tanura” şirkətinin və özüm hazırladığım məlhəmlərimi tövsiyyə edirəm. Mənim üçün önəmli pasientlərimin sağlam, aktiv tərkibində kimyəvi olmayan məhsulları tövsiyyə görürəm ən əsas “Tanura” şirkətinin özüm ekspert olaraq istehsalına kimi çox geniş informasiyam var.Məndə olan bütün məlumatlarım xanımlara və bəylərə ötürürəm. Xüsusi ilə dəridə (Rozasea, Ekzema , xestəliyinə çox uyğun şəkilədə vasitə günəş kremini tövsiyyə görürəm hansıki parfüm, kimyəvi turşuları olmayn bitkilərin ekstratı olan gunəş kremləri mövcüddur.
-Fəsil dəyişiliyi, stress ,qəbul etdiyimiz ağrı kəsicilər saçlarımızı tökə bilər?
Əlbəttə fəsil dəyişkliyi zamanı saçlarda kəpək və saç köklərində quru mənşəlli ekzema, psoriaz xəstəlikləri baş verir.
-Saç tökülməsi günümüzün ən aktual mövzularındandır bu mövzü haqqında nə deyə bilərsiz ?
Saç tökülmələri fəsildən-fəsilə dəyişə bilir və saçda dəri xəstəliklərin baş verməsi şampunlardan, salonda gigenik qaydaya riayət edilməməsindən irəli gəlir. Onu qeyd etmək lazımdır ki, saçda yaranan problemlərin az faizi irsidir
Dəriyə uyğun qulluğun tipini necə müəyyən etmək olar?
Birinci olaraq dərinin növünü aparat vasitəsiylə təyin olunur və dəri tipinə uyğun qulluq vasitələri icra olunur.
-Bu gün ümumiyyətlə tibbi savadı olmayan şəxslər əməliyyat edirlər. Buna münasibətiniz necədir ?
-Bu gün bir çox cərrahlar var ki, Türkiyədə və başqa ölkələrdə pul xəricləyərək hansısa kurlarda, seminarlarda iştirak edərək sonradan əməliyyatlar edir. Mən onu etmirəm. Hansı ki, bu gün qorxu içində yaşayaraq pasiyentlərin güvənini itirərək onu etmərək. Mənim pasiyentlərimin çox tanınmış adamlardır, iş adamlarıdır. Rüşvət verərək işimi davam etdirsəm bilirəm ki, bunun bir axırı yoxdur. Mənim babam, babamın qardaşı uşaq vaxtımdan beynimə yeridiblər ki, bu olmaz.
-Biz bilirik ki, Azərbaycan iki tibb sahəsi üzrə təhsil verən rəsmi təhsil qurumu var. Onlardan biri Azərbaycan Tibb Universiteti digəri isə Bakı Tibb Kolecidir. Ölkədə çox sayda tibb kursları var. Yəni bir kursu oxumaqla hansı tibbi savad olmadan tibbi xidmət göstərmək olarmı ?
-Bəli kurslar var. Çoxdur. Ancaq hansı kursu seçmək çox önəmlidir.Mənim Baş həkimim Ülkər Həsənova savadlı həkim pedaqoq və tələbələri tibb kolecindən sonra özü hazırlaşdırır.Oranın tələbəri yalnız tibb kolecini bitirmiş şəxslərdir. Ancaq bəzi kurslar var ki, onları artıq bağlayırlar. Çünki onlar öz işlərini gizli şəkildə görürlər.Ancaq fikir versəs Ülkər Həsənova öz işini aşkar görür, reklamını edir. Çünki bəzi qurumlarda olduğu kimi onun kursunda tibbi savadı olmayan şəxslər iştirak edə bilməz. Bizim bir neçə tanınmışlar da olub o kursda heyran olub. Elə biri Hacı Nuranı demək olar. O çox bəyənmişdi Ülkər xanımın rəhbərlik etdiyi kursu. Demişdi ki, tibb kolecindən heç bir halda fərqlənmir. Bütün dərslər qayda-qanunla keçirilir. 10 ildir fəaliyyətdədir.
-Siz müsbət nümunədən bəhs etdi. Ancaq mən sizə mənfi hallardan barəsində münasibət bildirəsiz. Yeni elə kurslar var ki, heç bir tibbi savadı olmayan məktəbliləri ora cəlb edir. Övladlarını belə kurslara yönəldən valideyinlərə nə deyə bilərdiz ?
-Əslində mən valideyinləri qınamıram. Valideyin istəyir ki, övladının təhsili olmasa da ən azından kursa gedərək bir fəaliyyəti olsun.Neçə insanlar var ki, kursu bitirib tibb bacısı kimi fəaliyyət göstərir. O dövlət müəsissəsində işləyə bilməz. Yalnız özəl müəssislərədə işləyə bilər.
-Bəs bunun fəsadları olurmu ?
-Mən tibb bacılarından qorxmuram. Olsun belə bir kurslar ancaq orada tibb kolecində olan müəllimə gəlib dərs deməlidir. Tədris düzgün olmalıdır tələbələrə. Bir də görürsən ki, tibb bacılığı kursunu bitirir, sonra gedir kosmetologiyanı və dermatologiyanı bitirmədən deyir mən kosmetoloqam və dermatoluqam. Bu bizdə qıcıq yaradır.
-Sizin sahəni seçmək istəyən gənclərə tövsiyyəniz nədir ?
-Bir nəfər məktəbli vaxtı mənə müraciət etmişdi ki, mən nə edə bilərəm. Mən ona təklif etdim ki, sən elə 9-cu sinifdən Tibb Kolecəinə imtahan ver. O da mənim məsləhətimə qulaq asaraq imtahan verdi. Hal-hazırda Tibb Kolecinin müalicə işi fakültəsində təhsil alır.O növbəti mərhələlərdə də məndən məsələhət alır. Mən çox sevinirəm ki, mənim yaşının az olmasına baxmayaraq tələbər mənə müraciət edir. Mən hər zaman deyirəm ki, kollecinizi bitirin sizə hər zaman iş olacaq.Mənim fəaliyyət göstərdiyim sahə tələb olunan sahədir.Məsuliyətli sahədir. Ancaq işini bacaran hər zaman irəli gedir.Kollecdən sonra universitetə vermək daha məsləhətlidir.
-Kolleci bitirən hər kəs Tibb Universitetinə iddia etsə tibb bacsı çatışmamazlığı yaşanmaz?
-İnanmıram baş verər. Çünki Tibb bacıları olduqca çoxdur. Diplomu köhnə olanlar diplomlarını yeniləyirlər. Fəaliyyət göstərirlər. Bir neçəsini də işə düzəldilib.
-Dövlətin nəzarət mexanizimlərini bir az da sərtləşdirməsinə necə baxırsız ?
-Əslinda lazeroloqun tibb kolecini bitirməsinə nə ehtiyac var ? Kurs bitirsə kifayyətdir.
-Belə çıxır ki, bəzi sahələrin hansısa kollec və universitet bitirməsinə ehtiyac yoxdur.
-Bəli.
-Bəzi özəl klinikalar var ki, ştatda əməkdaşını fərqli sahə üzrə qeyd edir, ancaq həmin şəxs ixtisasına və savadına görə olmayan müalicə prosedurlarını icra edir. Biz hər bir məsələni də vətəndaşın üzərinə yükləmək olmaz axı məncə. Xəstə olan vətəndaş həmin zaman araşdırma aparmalıdır yoxsa xəstəliyinin dərdini çəkməldir ?
-Xeyir. Bilirsiz? Məsələ nədir? Çox pul qazanmaq istəyidir. Keçən həftə bir xəstə zəng edib mənə və deyir ki, mən gedib əməliyyat olundum. Ancaq həkimə zəng edirəm mənim telefonlarıma cavab vermir. Yalnız onun menecerləri mənə cavab verir. Lakin deyir ki, mənim üzüm nə haldadır. Bir üzü aşağı düşüb. Bir üzü də yuxarı qalxıb. Tikişin izi qalıb. Üz gərmə əməliyyatı elə olmalıdır. Sapın izi belə qalmamalıdır. İzi görünsə də o həkimin borcudur ki, fraksanal etsin. Həkimin borcu öz səhifini özünün düzəltməsidir. Çünki sonra pasiyent bu məsələni böyütməsin. Amma pasiyentin daha da aqresiyası oyanır. Çünki mən buna 1000-2000 manat ödəmişəm. Amma o məni bu hala qoyub.
-Bəzən həkimlər dövlət yox özəl xəstəxanalarına üstünlüyünə üstünlük verir. Bu gələcək də dövlət xəstəxanalarında kadr çatışmamazlığına səbəb olmaz ki ?
-Onlar dövlət xəstəxanalarında fəaliyyət göstərsə yaxşı olar. Ancaq çoxu bunu etmir və azad sahibkar kimi fəaliyyət göstərir. Ancaq bu hal baş verməz çünki tibb sahəsində fəaliyyət göstərən şəxslər o qədər çoxdur ki. Elə bayaq müzakirə etdiyimiz tibb bacılarını nümunə kimi götürsək artım müşahidə olunur sadəcə. Məncə belə kadr çatışmamazlığı yaşanmayacaq. Ancaq mən müşahidə etmişəm ki, mənim yaşımda olan şəxslər özəl xəstəxanalarda işləməyə meyillidir. Bu da maaş məsələsinə görə.Çox qazanmaq istəyirlər. Gözəl rahat komfortlu yaşamaq istəyirlər.
-Çox Sağ olun müsahibəyə görə
-Siz də sağ olun.
//Nəzərbəy Hacıağayev, Strateji.az