Azad edilmiş ərazilərdə iki mülki şəxs minaya düşüb, biri həlak olubbackend

İşğaldan azad edilmiş ərazilərdə iki mülki şəxs minaya düşüb.

APA xəbər verir ki, onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri isə ağır xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb ediliblər, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.