AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdibackend

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

Bu barədə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətindən bildirilib.

Qeyd olunub ki, Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və sərnişinlər məlumatlandırılacaqlar.

“Yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edirik. Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]”, – deyə məlumatda bildirilir.