AZAL-da yeni təyinat olubbackend

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də yükdaşıma departamentinin rəhbəri vəzifəsinə təyinat olub.

İctimai.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib. Qərara əsasən, Yükdaşıma departamentinin rəhbəri vəzifəsinə Kamran Ramazanov təyin edilib.

O, daha əvvəl AZAL-da Satış Əməliyyatları və Yükdaşıma üzrə rəhbər vəzifədə çalışıb.

AZAL-da yeni təyinat olub