AZAL-ın Bakı-Moskva reysləri bərpa olunubbackend

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, artıq uçuşlar cədvələ uyğun ştat rejimində həyata keçirilir.