AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu tapılıbbackend

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin “qara qutusu” tapılıb.

İctimai.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.