“Azər-Türk Bank”ın müştərisinə qarşı 83 manatlıq mülki iddiasıbackend

”Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) müştərisinə qarşı mülki iddia qaldırıb.

İqtisadiyyat.az Yurd.Media-ya istinadən xəbər verir ki, Bankın Xətai Rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsində göstərib ki, cavabdeh bankdan debet kredit kartı alıb, müqavilə sənədlərinə əsasən isə kartdan istifadə ilə əlaqədar banka 83 manat 82 qəpik həcmində ziyan dəyib. Bank zərərin cavabdehdən tutulmasını tələb edib.

Xətai Rayon Məhkəməsi iddiaçının şikayətini təmin edib. Məhkəmə 83,82 manatın tutularaq banka ödənilməsi barədə qətnamə çıxarıb.