Azərbaycan antiterror əməliyyatı keçirdi- Şəhidimizin qisası alındıbackend

Azərbaycan Ordusu bu gün keçirdiyi cavab tədbirləri ilə şəhidimizin qisasını alıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib.

Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var.

Son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.

Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Azərbaycan Ordusunun bu gün keçirdiyi antiterror əməliyyatında qanunsuz erməni silahlı dəstələri itkilər verib.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, artıq separatçı rejim əməliyyat nəticəsində itkilərini açıqlamağa başlayıb.

Belə ki, erməni mənbələrinin yaydığı məlumatda qeyd olunur ki, 4 separatçı ölüb, 15-i yaralanıb.