Azərbaycan boksçuları dünya çempionatında iki bürünc medal qazanıblarbackend

Azərbaycan boksçuları Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında iki medal qazanıblar.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan boksçuları Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominges (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində məğlub olublar.

Cəfərov (75 kiloqram) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığına görə boksçumuz bürünc medala sahib olub.

Alfonso Dominges (90 kiloqram) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.