Azərbaycan bütün sahələrdə azad, müstəqil siyasət yürüdürbackend

Dövlətimizin başçısının yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi ölkəmizdə olduğu kimi, beynəlxalq təşkilatlarda və müxtəlif dövlətlərdə də maraqla qarşılandı. Belə ki, Prezident İlham Əliyevin səmimi, qərəzsiz müsahibəsində bəzi qurumlara və dövlətlərə ciddi mesajlar verildi. Dəyişən dünyamızda siyasi, iqtisadi əlaqələrin əsas yer tutması, böyük güclərin Azərbaycanla qarşılıqlı və etibarlı tərəfdaş olmasını zəruri edən məqamlardan biridir. Dövlətimizin başçısı müsahibə zamanı bir çox gündəm məsələlərinə toxunaraq, qaranlıq qalan məqamlara da işıq tutdu.

2021-ci ildə ölkə daxilində baş verən diqqətçəkən məqamlardan tutmuş, Azərbaycanın beynəlxalq əlaqələrinin 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar zəmnində həyata keçirilməsinədən da danışdı. Prezident İlham Əliyev özünəməxsus ritorikası ilə ona ünvanlanan sualları qətiyyətlə cavablandırdı.

Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial və hərbi sahələrdə görülən işlər barədə
İnkişaf etmiş dövlətlərə xas xüsusiyyətlər siyasətin paralel istiqamətlərdə yürüdülməsi nəticəsində baş verir. Yəni, hərbi gücü və qüdrəti olub, sosial sahəyə önəm verməyən dövlət heç zaman qabaqcıl ölkələrdən ola bilməz. Və yaxud da hərbi potensialı olmayıb sosial, iqtisadi cəhətdən güclü olan ölkələr xarici müdaxilələr nəticəsində deformasiyaya uğraya bilərlər. Amma sosial-iqtisadi bazası güclü olan, hərbi arsenalı ən müasir silahlarla təchiz edilmiş ölkə istənilən çağırışlara cavab verə bilər. Qeyd etdiyimiz istiqamət dünya siyasətində təsdiqini tapmış paradiqmadır ki, güc sahibi dövlətlər bundan istifadə edir. İnkişaf etmək yolunda uğurla irəlləyən Azərbaycan da bu metoddan istifadə edir.

Ölkəmizdə 2021-ci ildə həyata keçirilən sosial-iqtisad islahatlar, eyni zamanda, hərbi sahədə görülən qabacıl işlər bunu deməyə əsas verir. Maaşların, pensiyaların 20 faiz, həmçinin sosial müavinət və təqaüdlərin də artırılması qeyd olunan fikirlərin təsdiqidir. Eyni zamanda, ölkədə həyata keçirilən çox geniş sosial paketlər bununla bitmir. Ölkədə həssas quruplar olan şəhid ailələrinə, qazilərə, müharibə nəticəsində zərər görmüş insanlara dövlət tərəfindən geniş qayğı da göstərilir. Bu günə kimi həmin şəhid ailələrinə, müharibə əlillərinə 10-a yaxın mənzil verilib. Görülən işlər sahəsində Azərbaycan öz modelini ortaya qoymaqdadır. Çünki bəzi dövlətlər vardır ki, müharibə görüblər. Amma bu təşəbbüsə dünyanın ən inkişaf etmiş ölkələrinin təcrübəsində rast gəlməməyimiz Azərbaycanın nümunəvi ölkələr sırasında olduğunu göstərir. Əlbəttə şəhid ailələrinə, müaharibə nəticəsində ziyan çəkmiş insanlara yardım etmək hər bir dövlətin əsas prioriteti olmalıdır. Bütün görülən işlər həssas kateqoriyadan olan insanlara verilən mənəvi təsəlli və dərdlərinə şərik olmağın təzahürüdür.

Prezident İlham Əliyevin də dediyi kimi ölkəmizin sosial sahədəki təşəbbüsləri bundan sonra da davam edəcəkdir.
Sosial sahə ilə paralel olaraq ölkə iqtisadiyyatının inkişafı planlı şəkildə davam etdirilir. Əgər bir ölkə iqtisadi cəhətdən müstəqil deyilsə, siyasi arenada azad hərəkət etməsi qeyri-mümkündür. Bu səbəbdəndir ki, Azərbaycan bütün sahələrdə azad, müstəqil siyasət yürüdür. Ölkəmizdə iqtisadi artımın 5 faizdən çox olması, eyni zamanda, qeyri-neft sektorunun 7,2 faiz yüksəlməsi bunu deməyə əsas verir. Bununla bərabər, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bu ciddi bir məsələdir, çünki valyuta ehtiyatlarının sabit qalması Azərbaycana iqtisadi müstəqillik verən amillərən biridir.

Müsahibə zamanı Azərbaycanın nadir ölkələrdən biri kimi xarici ticarət balansının qorunduğunu dövlətimizin başçısı vurğuladı. Bu, o anlama gəlir ki, Azərbaycanın ixracı idxalını üstələyib. Bundan əlavə, manatın uzun müddətdir sabit qalması insanlarımızın xeyrinə olan məqamlardandır. Həmçinin manata olan inam artdığı üçün ona qoyulan depozitlərin həcmi də yüksəlir. Bütün bu məqamlar Azərbaycan iqtisadiyyatının istiqamətli şəkildə idarə olunmasında irəli gələn məsələlərdir. Dünya bazarında bahalaşmanın tüğyan etdiyi bir zamanda iqtisadiyyatı güclü olan dövlətlər bu çətinliklərin öhdəsindən uğurla gələcəkdir. İqtisadi potensialı olmayan ölkələr isə üçüncü dünya dövlətlərindən aslı hala düşəcəklər. Biz bu məsələdə Ermənistanı misal göstərə bilərik ki, Azərbaycan tərəfindən 30 ilə yaxındı blokada şəratində saxlanılıb. Bunun da nəticəsi göz önündədir ki, Rusiya, Fransa kimi ölkələrdən bilavasitə aslı haldadır. Bunun əksinə olaraq, Azərbaycan müstəqil iqtisadi siyasət yürüdərək öz potensialını hər il artırır. Bunun nəticəsidir ki, Azərbaycan Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşklatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla geniş və məhsuldar əlaqələr qurub. Həmçinin Türkiyə,Paskistan, İsrail, Rusiya, Ukrayna kimi ölkələrlə iqtisadi, siyasi sahədə ciddi əməkdaşlıq edir.
Azərbaycanda sosial- iqtisadi sahələrdə görülən işlərlə bərabər hərbi quruculuq işləri də paralel və planlı şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin də dediyi kimi Ermənistanla münasibətlər yaxşılaşdırılsa da, biz hərbi arsenalımızı gücləndirəcəyik. Bunun bir neçə səbədir vardır: Ermənistanın konstruktiv addımlar atmaması, yeri gəldikcə Azərbaycana qarşı təxribatlar törədməsini qeyd edə bilərik. Halbuki onların ordusu və hərbi texnikası 44 günlük Vətən müharibəsi nəticəsində darmadağın edildi. Hazırda da bizimlə ciddi toqquşmaya qadir deyillər. Biz bunu ötən ilin may və noyabrında Ermənistanın təxribatlarında gördük. Həmçinin bu ilin əvvəlində də eyni cür revanşit addımlarının şahidi olduq. Lakin Ermənistan rəhbərliyinin yalvarışları və Rusiya sülhmərmalılarının xahişi ilə Azərbaycan ordusu atəşi dayandırdı. Aydın olur ki, öz xislətlərindən əl çəkməyən Ermənistan yene də bu cür təxribatlara əl ata bilər. Bu səbəbdəndir ki, dövlətimizin başçısı Ermənistan hakimiyyətinə, cəmiyyətinə ciddi xəbərdarlıq etdi. Azərbaycanın Ermənistanla sülh və normal qonşuluq əlaqələrinin başlana bilcəyini bəyan etdi. Bu fikirlər ölkəmizin sülhsevər ölkə olduğunu dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlardan biridir.

Amma qonşu dövlətin Azərbaycanın sülh çağırışlarına cavab vermədiyi halda bu təklifin uzun müddət masada qalmayacağını da vurğuladı. Bu çox ciddi məqamdır. Çünki “itirən biz yox, Ermənistan olacağını deyən”-, deyən Prezident İlham Əliyev qarşı tərəfə mesaj göndərdi. Bu fikirlərə həm iqtisadi, həm də siyasi aspektdən yanaşmaq lazımdır. İqtisadi yönü ondan ibarətdir ki, Ermənistan Azərbayanın təklifini qəbul edərsə, bölgənin digər dövlərləri ilə geniş əməkdaşlıq edə biləcək. Bu da30 ilə yaxındır dalana salınmış, iqtisadiyyatı müxtəlif ölkələrdən aslı olan bir dövlətin müəyyən qədər dirçəlməsinə səbəb olacaq. Digər bir məqam geosiyasi cəhətləri özündə ehtiva edir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, eyni zamanda, biz də onların bizimdir dediyi torpaqları qəbul etməyəcəyik. Buna tam haqqımız da var. Çünki 1920-ci ildə Zəngəzur Azərbaycandan alınaraq Ermənistana verilib. Həmçinin Azərbaycandan alınan Göyçəni və 1919-cu ildə İravan şəhərini qeyd edə bilərik. Beynəlxalq hüququn aliliyini nəzərə alan ölkəmiz hələki səbr nümayiş etdirir və qarşı tərəfə sülh təklifi edir. Bundan sonra cərəyan edən proseslər artıq Ermənistanın məsuliyyətindən və necə davranacağından aslı olacaq. Əgər Ermənistan böyük güclərə və təşkilatlara güvənirsə, yanılır. Çünki dövlətimizin başçısı çıxışlarında vurğulayıb ki, bizi heç kim saxlaya bilməz və istədiyimizə nail olacağıq. Azərbaycan bütün təziqlərə baxmayaraq, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq yeni reallıqları dünyaya qəbul etdirməsi ölkəmizdə uğurlu xarici siyasətin aparıldığını göstərir.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının əməkdaşı.