Futbol üzrə Azərbaycan Premyer liqasında 22-ci tura yekun vurulub.
İctimai.az xəbər verir ki, tur ərzində keçirilən 5 oyunda cəmi 7 qol vurulub ki, bu da hər oyuna 1.4 qol deməkdir.
5 oyunun 3-də ev sahibləri qalib gəlib, 2 görüş heç-heçə yekunlaşıb, qonaq komandalar qalib gəlməyib.
22-ci turun oyunlarını təqdim edirik:
Qəbələ 0:0 Neftçi
Turan 2:0 Kəpəz
Qarabağ 1:1 Sabah
Səbail 2:0 Zirə
Sumqayıt 1:0 Şamaxı