“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı vəzifə başında öldübackend

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı iş zamanı ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayonunda yerləşən dəmiryol stansiyasında baş verib.

Orada mexanik vəzifəsində çalışan 59 yaşlı Aydın Zeynalov ürəktutmadan ölüb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.