Azərbaycan əhalisinin sayı açıqlanıbbackend

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 611 nəfər və ya 0.24 faiz artıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Belə ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb.

Ölkə əhalisinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləridir.

Əhalinin 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.