Azərbaycan əhalisinin sayı artıb – RƏSMİbackend

Azərbaycan əhalisinin sayı barədə məlumat verilib.

İctimai.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, aprel ayının 1-nə Azərbaycan Respublikasında əhalinin sayı 10 milyon 130 min 100 nəfərdir.

Bildirilib ki, Azərbaycanda əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artıb. Həmçinin, 2021-ci ilin mart ayının 1-i vəziyyətinə nisbətən əhalinin sayı bir ay ərzində 2 min 973 nəfər artıb.