Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədirbackend

Azərbaycan-Ermənistan sərhədinin Kirants (Günən) və Xeyrimli kəndləri arasındakı hissədə sərhədin demarkasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə erməni “Telegram” kanalları məlumat yayıblar.

Xəbərdə qeyd olunub ki, sözügedən hissədə sərhəd Ermənistan Sərhəd Qoşunları tərəfindən nəzarətə götürülüb.

Məlumat üçün əlavə edək ki, hazırda Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində yerləşən Kirants (Günən) kəndinə giriş-çıxışı bağlayıb.