Azərbaycan əsgəri 20 nəfəri son anda ölümdən xilas etdibackend

Aprelin 16-da Kəlbəcərin Günəşli kəndinin sakinləri uzun illərdən sonra azad olunmuş doğma yurdlarına səfər ediblər.

İctimai TV xəbər verir ki, onlar öz evlərinin dağılmış qalıqlarını və həyətyanı sahələrini ziyarət ediblər.

Bu zaman təhlükəsizlik məqsədi ilə qrupu minaaxtaranlar müşahidə ediblər.

2003-cü il təvəllüdlü əsgər Mərdəli Aşırov evinə getmək istəyən vətəndaşı müşahidə etdiyi zaman yolun kənarında mina aşkarlayıb. Bununla əsgər 20 nəfərlik qrupu ölümdən xilas edib.