Azərbaycan əsgəri özbaşına Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçdibackend

Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə keçib.