Azərbaycan Gənclər Fondunun dəstəyi ilə  gənclər üçün təlim təşkil edilibbackend

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Aysun Məmmədli Fuad qızının icra etdiyi “İctimai Həyatda Bərabərlik” layihəsi çərçivəsində Bakı şəhəri, İrəli İctimai Birliyinin ofisində 2 günlük təlim, interaktiv oyunlar və tərəfdaş gənclər təşkilatlarının məlumat sessiyalarından ibarət tədbir həyata keçirilmişdir. Ümumilikdə 30 nəfər olmaqla, bunlardan 11 inklüziv qrupa daxil olan və 19 ictimai fəaliyyəti zəif olan gənclər layihədən faydalanmışdır. Təlim proqramı 4 müxtəlif mövzunu əhatə etmişdir. Belə ki, Raziyə Dadaşzadə “Könüllülüyün əsasları”, Rüstəm Məmmədov “Təhsilin gücünə həqiqətən inanmalıyıq?”, Sədaqət Rzayeva “Mübarizənlə qazan”, Mehdi Bəşirli “Karyera Planlaması” mövzusunda təlimlər keçirmişlər.

Layihənin ikinci günündə 5 tərəfdaş gənclər təşkilatı və 1 komitənin məlumat sessiyası baş tutmuşdur. Müvafiq olaraq:

  1. İrəli İctimai Birliyi / IRELI PUBLIC UNION
  2. Sağlam Düşüncə Gənclər Təşkilatı • SDGT
  3. Miqrasiya Könüllüsü İctimai Birliyi
  4. Gənclərin İnkişaf və Karyera Mərkəzi
  5. National Assembly of Youth Organizations of the Republic of Azerbaijan
  6. Beyin Mərkəzləri komitəsi.

Təşkilatların nümayəndələri təqdimat şəkilində layihə iştirakçılarını məlumatlandırmış, onların suallarını cavablandırmışlar.

Tədbir bağlanış mərasimi ilə yekunlaşmış, Təlimdə 2 gün ardıcıl şəkildə iştirak edən 30 nəfər gəncin hr birinə layihə rəhbəri Aysun Məmmədli tərəfindən sertifikatlar təqdim edilmişdir.

Təlimdən sonrakı mərhələ üzrə təlim iştirakçısı olan gənclərin hər biri tərəfdaş gənclər təşkilatlarında könüllü fəaliyyətə cəlb edilmişdir.