Azərbaycan-İsrail münasibətlərində etibarlı əməkdaşlıq ŞƏRHbackend

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə İsrail arasında münasibətlər daha da sıxlaşıb, dövlətlərarası enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə uğurlar əldə olunub və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır. İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri bu əlaqələrin davamlığına söykənir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlərlə bağlı müzakirələr aparılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayıb: “Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq”.Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. 1993-cü ilin avqustundan isə İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli rol oynayır.
Ölkələrimiz iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri uğurla davam edir. İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə artmaqdadır. Müstəqilliyimizin ilk illərində Azərbaycan sənaye sahələrini tənzimlədikdən və iqtisadiyyatını sərbəstləşdirdikdən sonra İsrail şirkətləri Azərbaycan bazarlarına nüfuz etdilər.İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının mühüm hissəsini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. 2007-ci ilin fevralında iki ölkə arasında ilk iqtisadi sənəd olan İnvestisiyaların Qorunması və Təşviqi haqqında razılaşma imzalanıb. “Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir”, – deyə Prezident mətbuata bəyanatında səsləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında ölkəmizin üzləşdiyi təhdidlərdən də danışıb. “İsrailin müasir müdafiə sənayesi avadanlıqları bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir”, deyən Prezident bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib.
Dövlətlərarası əməkdaşlıqda kibertəhlükəsizlikdə müstəsnadır. Hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissələrindən biri olan kibertəhlükəsizlikdir. “Bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq” – deyən dövlətimizin başçısı bildirib ki, gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq. Müasir dünyada texnologiyaların mühüm rolunu nəzərə alsaq, görərik ki, kibertəhlükəsizliyin demək olar ki, hər bir ölkənin milli təhlükəsizliyində rolu əhəmiyyətli dərəcədə artıb.
İsrail prezidentinin Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması da müzakirə edilib. “Hazırda həftədə cəmi 4 reys yerinə yetirilir” – deyən Prezident qeyd edib ki, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib. Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun ölkəmiz üçün böyük sərvət olduğunu deyib.Göründüyü kimi, dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.

Əvəz Qocayev,

AP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini