Azərbaycan klubu futbolçusunu nizam-intizama görə cəzalandırdıbackend

“Səbail” klubu futbolçusu Hendrik Eksteyni cəzalandırıb.

Bu barədə Bakı təmsilçisinin “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilir ki, Cənubi afrikalı yarımmüdafiəçi əsas komandadan uzaqlaşdırılıb. Buna səbəb 29 yaşlı oyunçunun nizam-intizam qaydalarını pozmasıdır.

“Səbail”in məşqçilər korpusu Hendrik Eksteyni əsas komandanın məşqlərindən kənarlaşdırıb.

İctimai.az