Premyer Liqanın gümüş medalçısı “Zirə” FIFA-ya məktub ünvanlayaraq, Rafael Utziqlə bağlı şikayət edib.
İctimai.az Sportinfo.az-a istinadən xəbər verir ki, “qartallar” braziliyalı hücumçunun klub qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsi barədə təşkilatı məlumatlandırıblar.
Bildirilib ki, “sambaçı” mayın sonunda Azərbaycandan ayrılıb və komanda bir neçə həftədir yeni mövsümün hazırlıqlarına start versə də, o, hələ düşərgəyə qayıtmayıb.
Qəsəbə təmsilçisi cənubi amerikalı legionerlə bağladığı müqavilənin surətini, həmçinin onun qeyri-müəyyən səbəblərdən burada olmamasını sübuta yetirən sənədləri FIFA-ya göndərib.