Azərbaycan klubuna qarşı qeyri-etik ifadələrə görə cərimələndibackend

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Cənubi Kiprin Larnaka şəhərində baş tutmuş matçında azarkeşlərin davranışına görə yerli AEL klubunu cəzalandırıb.

Oxu.Azxəbər verir ki, UEFA-nın qurumun Nəzarət, Etika və İntizam Komitəsi Limassol klubunu meydana yad əşyaların atılmasına görə 2 250 avro, oyunun sonlarında baş verən kütləvi təzyiqlərə görə isə 5 min avro cərimələyib.

Qeyd edək ki, ümumilikdə 7 250 avro 90 gün ərzində UEFA-ya ödənilməlidir.

Xatırladaq ki, 1:1 hesabı ilə başa çatmış oyun zamanı AEL fanatları “Qarabağ”a qarşı qeyri-etik hərəkətlərə yol verib. Təmsilçimizin bərabərlik qolundan sonra rəqib komandanın fanatları “Qarabağ” texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirib. Bu hərəkətə son qoymadıqları üçün oyun referi tərəfindən dayandırılıb.