Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli açıqlanıb.
İctimai.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” matçları fevralın 4-də, “Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” qarşılaşmaları isə növbəti gün keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. “Sumqayıt” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
19:30. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”.
5 fevral
14:30. “Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu.
19:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu.















