Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinə bu gün yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib.
“Göygöl” komandası “Şəmkir”i 1:0 hesabı ilə, “Xankəndi” isə “Quba”nı 2:1 hesabı ilə məğlub edib.
Bununla da II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
“Səbail” – “Şamaxı”
“Göygöl” – “Baku Sportinq”
“Karvan-Yevlax” – “Sheky City”
“Qaradağ Lökbatan” – “İmişli”
“Qəbələ” – “Mingəçevir”
“Cəbrayıl” – “Şəfa”
“Zaqatala” – “Sumqayıt”
“Neftçi” – MOİK
“Xankəndi” – “Difai”
“Dinamo” – “Turan-Tovuz”
“Ağstafa Gəncləri” – “Kəpəz”
“Şimal” – “Şahdağ-Qusar”
Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları oktyabrın 28-29-da baş tutacaq.