Azərbaycan məktəblərində vakansiyalar elan edildibackend

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsi davam edir.

İdarədən bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6 aprel saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola bilərlər.

Müsabiqə üzrə ümumi məlumat və qeydiyyat:

Vəzifə Müsabiqə üzrə məlumat Qeydiyyat
Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı Müsabiqə elanı Qeydiyyat linki
Ümumi təhsil müəssisələrində laborant Müsabiqə elanı Qeydiyyat linki
Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Müsabiqə elanı Qeydiyyat linki
Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri Müsabiqə elanı Qeydiyyat linki