Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıbbackend

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75%-dən 8%-ə qaldırılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5%, yuxarı həddi isə yenə də 9,25% müəyyən olunub.

AMB İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.