Azərbaycan Milli QHT Forumunda Forum Teatrı ideyası müzakirə olunubbackend

27 fevral 2025-ci il tarixində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) üzvü – “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin sədri Gülnarə Pənahova və ekspert Ülviyyə Mirzəyeva ilə AMQF ofisində səmərəli fikir mübadiləsi aparılıb.

Görüş zamanı üzv təşkilatın AMQF-in Fəaliyyət Planına verdiyi təkliflər müzakirə olunub. Təkliflərdən biri də Forum Teatrı ilə bağlı ideyadır. Forum Teatrı sosial məqsədlərə çatmaq üçün interaktiv teatr metodundan istifadə edir. Bu yanaşma tamaşaçıların prosesə cəlb olunmasına, qarşılıqlı əlaqənin təşviqinə və sosial məsələlərin açıq şəkildə müzakirəsinə imkan yaradır.

Forum Teatrı xüsusilə sosial cəhətdən həssas və imkansız qruplarla işdə, həmçinin inklüzivliyin təşviqində mühüm alət kimi tətbiq olunur.

AMQF-də keçirilən bu müzakirə gələcəkdə Forum Teatrı metodikasından daha geniş şəkildə istifadə edilməsi üçün yeni imkanlar açır və vətəndaş cəmiyyətində innovativ yanaşmaların tətbiqinə töhfə verir.