Azərbaycan millisi baqajını itiribbackend

Polşaya yollanan Azərbaycan milli komandasının baqajı itib.

Oxu.Az bildirir ki, bu barədə polşalı jurnalist Petr Slonka “Telegram” kanalında məlumat verib.

Mənbənin məlumatına görə, Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna futbolçularına qarşı matçın keçiriləcəyi Krakov şəhərinə baqajsız gəlib.

Bu səbəbdən komanda oyun öncəsi məşq prosesinə vaxtında başlaya bilməyib.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də baş tutacaq.