Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub.
İctimai.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəliblər. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.
Bununla da, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.