Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcəkbackend

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

“Report” xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olacaq.

“Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə yeddi xalla dördüncü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.