Azərbaycan millisinin sabiq futbolçusu vəfat etdi – FOTObackend

Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş vəfat edib.

İctimai.az xəbər verir ki, Bakı futbol məktəbinin yetirməsi 51 yaşında ölüb.

O, 1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionu olmuş Lemiş karyerası ərzində “Neftçi” (1988-1989), “Kuban” (1990-1991, 1992, 1994), “Las Palmas” (1992-1993), MOİK (1994), “Monolit” (1995), “İzumrud” (1995), “Drujba” (1996), Stavropol “Dinamo”su (1997), “Baltika” (1997), Belarus “Slaviya”sında (1998) çıxış edib.

Qeyd edək ki, 1992-ci ildə Rusiya yığmasında bir matça çıxmış Vladislav Lemiş 1994-cü ildə Azərbaycan millisində də bir oyun keçirib.