Azərbaycan Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumat yaydıbackend

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.