Azərbaycan nefti bahalaşıbbackend

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi bahalaşıb.

Ictimai.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,6 ABŞ dolları və ya 1,94% artaraq 83,95 dollar olub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.