Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 dollar və ya 1,97% artıb və 68,46 dollar olub.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Azərbaycan neftinin qiyməti 1 barel üçün 67.14 dollar təşkil edib.