Azərbaycan nefti bahalaşırbackend

Azərbaycan nefti bahalaşıb.

İctimai.az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,21 ABŞ dolları və ya 0,21 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 97,89 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan nefti sonuncu dəfə 2014-cü ilin sentyabr ayında 100 ABŞ dollarından baha satılıb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.