Azərbaycan neftinin bu günə olan qiymətibackend

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan neftinin bir barelinin qiyməti 4,47 ABŞ dolları və ya 4,63% azalaraq 101,07 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.