Azərbaycan neftinin qiyməti 128 dolları ötdübackend

Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

İctimai.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3.81 ABŞ dolları və ya 3.07% artaraq 128.05 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 124.24 ABŞ dolları olub.