Azərbaycan neftinin qiyməti 84 dollara düşübbackend

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

İctimai.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,85 ABŞ dolları və ya 3,28% azalaraq, 84,03 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.