Azərbaycan neftinin qiyməti artıbbackend

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

İctimai.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,85 ABŞ dolları və ya 3,05% artaraq, 96,12 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.